Bakıda aptekə silahlı basqın edildi

Bakıda aptekə basqın edilib.

Metbuat.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü İbadova Esmira Loğman qızı polisə müraciə edərək bildirib ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindəki "Vita" aptekdə olarkən naməlum şəxs əlində silahəbənzər əşya ilə içəri daxil olaraq onu hədələyib.

Naməlum şəxs aptekin kassasında olan 700 manatı götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin tapılması barədə əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR