Azərbaycanın bu rayonunda heç kimdə

Birinci vitse-prezident Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də, leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına Bərdə də qoşulub.

Metbuat.az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə könüllü qanvermə aksiyası təşkil olunub.

V.İsayev bildirilib ki, Bərdə rayonunda əhali arasında koronavirusla bağlı müayinələr aparılır:

"Rayonda indiyədək 700 nəfər test edilib. Sevindirici haldır ki, heç kimdə virus aşkarlanmayıb. Bu müayinələrin nəticələri mənfi çıxıb”.

Qeyd edək ki, rayon ərazisində karantin rejimi davam edir. Şəhərin müxtəlif ərazilərində, giriş və çıxışlarında xüsusi polis postları qurulub. Rayon əhalisi karantin rejiminə ciddi əməl edir. (axeber)



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR