"Azərbaycanda bir-iki milyon qazana bilərdim" - Niderland millisinin sabiq üzvü

"Azərbaycanda bir-iki milyon qazana bilərdim" - Niderland millisinin sabiq üzvü
14:52 23 Aprel 2020
667 İdman
Ölkə mətbuatı
A- A+

Niderland millisinin sabiq futbolçusu Endi van der Meydenin karyerasını Azərbaycanda davam etdirmək variantı olub.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis özü açıqlamasında bildirib:

"Azərbaycanda qısa müddətdə bir-iki milyon avro qazana bilərdim. Ancaq artıq futbol oynamaq istəmirdim. Hər zaman məşq etmək mümkün deyil. Çünki daima qidanlamağa diqqət etməlisən.  Mən isə rahat olmaq və istədiyim qədər yeyib-içməyə qərar verdim. 33 yaşında karyeramı başa vurmuşam. Bundan sonra Amsterdamdakı evimdə ancaq yeyib-içmək məclisi təşkil edirdim. İçki, narkotik, qızlar və.s".

Qeyd edək ki, Endi van der Meyde "İnter", "Everton", PSV və "Ayaks" kimi klubların formasını geyinib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/844352.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR