Bu itlər koronavirusu yarım saniyədən tez təsbit edə bilir

İngiltərədə "Medical Detection Dogs" adlı qurum 6 iti koronavirusu yarım saniyədən qısa müddətdə təsbit edə bilmələri üçün təlim keçirdiklərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, qurumdan edilən açıqlamada hökümətlə görüşlərin keçirildiyi, müsbət nəticələnəcəyi halda bu itlərin hava limanında xidmət göstərəcəkləri qeyd edilib.

Xərçəng və astma xəstəlikərini təsbit etmək üçün də itləri olan qurumun rəhbəri Klarie Quest itlərin koronavirusu yarım saniyədən qısa vaxta aşkar etdiklərini deyib. Bunun üçün labrador cins itlərdən istifdə edildiyi bildirilib.

Mənbə: Haber7


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR