Bütün futbolçular koronavirus analizi verəcək

Bütün futbolçular koronavirus analizi verəcək
17:12 23 Aprel 2020
616 İdman
Ölkə mətbuatı
A- A+

La Liqada çıxış edən klubların bütün futbolçuları və işçiləri koronavirus testindən keçəcəklər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, liqa rəhbərliyi aprelin 28-dən başlayaraq analiz verəcək şəxslərin siyahısını klublardan tələb edəcək. Mənbənin iddiasına görə, La Liqa prezidenti Xavyer Tebas çempionatın bərpasından bir həftə əvvəl oyunçuları təcrid etməyi təklif etsə də, əksəriyyət bu fikri dəstəkləməyib.

Primero koronavirus pandemiyası səbəbindən dayandırılıb. 27 turdan sonra "Barselona" turnir cədvəlinə başçılıq edir. Liderdən iki xal geri qalan "Real" ikincidi.

La Liqanın taleyinə 25 apreldə aydınlıq gələcəyi bildirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/844431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR