Nyu York zooparkında heyvanlar koronavirusa yoluxub

Nyu York zooparkında heyvanlar koronavirusa yoluxub
17:17 23 Aprel 2020
367 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində, Bronks rayonunda yerləşən zooparkda 4 pələng və 3 şir koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə zoopark rəhbərliyi bildirib.

Bununla da zooparkda 8 heyvanda virus qeydə alınıb. Aprelin əvvəlində dişi pələngin virusa yoluxduğu məlum olmuşdu.

Rəhbərliyin sözlərinə görə, heyvanlar özlərini yaxşı hiss edir.

Bronks zooparkı koronavirusla əlaqədar martın 16-dan etibarən bağlıdır. Orada yalnız onlayn rejimdə turlar keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR