“Ərim evdə yeməkləri bişirir” - Millimizin karateçisi

“Ərim evdə yeməkləri bişirir” - Millimizin karateçisi
17:52 23 Aprel 2020
740 İdman
Ölkə mətbuatı
A- A+

Milli.Az Azərbaycan karate millisinin üzvü İrina Zaretskanın qafqazinfo-ya müsahibəsini təqdim edir:

- Karantin dövrü sizin üçün necə keçir?

- Günümüz evdə keçir. Səhər məşq edirəm, günortadan sonra ev işləri görürəm. Filmlərə baxıram, televiziya şoularını izləyirəm və oyun oynayıram. Vaxt keçirmək üçün bundan başqa nəsə mümkün görünmür.

- Məşq proqramınız necədir?

- Buna tam məşq də demək olmur, lakin nəyəsə cəhd edirik. Fikrimiz özümüzü formada saxlamaqdır. Kiçik məşqlərlə idman formamızı qorumaq məcburiyyətindəyik. Çünki geri qayıdarkən əziyyət çəkməmək lazımdır.

- İdmançıların əksəriyyəti evdə qalmağın çətinliyindən danışır...

- Mənim üçün çox çətin deyil, çünki evim üçün hər zaman darıxıram. Əla bir mövsüm keçirdik və çox səyahətlər etdik. İndi ailəmlə birlikdə evdə olmaq sevindiricidir. Buna görə sevinirəm ki, onlara vaxt ayırıram, birlikdə zaman keçiririk.

- Ev işlərindən yorulmursuz?

- Yox, çünki hər şeyi həyat yoldaşımla birlikdə edirik. Ərim mənə kömək edir və hətta evdə yeməkləri bişirir. Bir-birimizə kömək etməyə çalışırıq, bununla da ev işlərini asanlaşdırırıq. Daha cəld və əyləncəli şəkildə başa vururuq (gülür).

- Olimpiya oyunlarının daha bir il təxirə salınması sizin üçün çətinlik yaratmayacaq?

- Peşəkar idmançılar üçün bu çox çətindir. Təsəvvür edin ki, özünüzü fiziki və zehni olaraq zirvəyə hazırlayırsınız və sonra birdən hər şey ləğv edilir. Eyni şeyləri yenidən etmək lazımdır. Çünki ilboyu bütün formanı zirvədə saxlamaq qeyri-realdır.

- Maddi olaraq çətinlik yaşayacaqsınızmı?

- Görünən odur ki, yox.

- Karate bu fasilədən nə qədər ziyan görəcək?

- Düşünürəm ki, çox ziyan olmayacaq. Əksinə çoxları, ümidləri azalanlar da Olimpiadaya hazırlaşmaq üçün vaxt əldə edəcəklər, onlar üçün bu yaxşı fürsət alınacaq. Əminəm ki, rəqabət daha da ciddiləşəcək, zəifləməyəcək.

- Bu karateçilər üçün ilk və son Olimpiada olacaqdı. Buna görə özünüzü hardasa şanssız sayırsız?

- Belə düşünmürəm. Hər şey üçün zamanımız olacaq. Cəmi 25 yaşım, vaxtım və enerjim çoxdur. Ona görə də xəyallarımızı reallaşdırmaq üçün çox çalışacağam.

- Karantindən sonra ilk görəcəyiniz işi xəyal edirsiz?

- Karantindən sonra idman zalına getmək və mükəmməl şəkildə hərtərəfli məşq etmək mümkündür. Mən bunu gözləyirəm və sonra yarışmalara gedib yeni və yaddaqalan bir mövsümə start vermək istəyirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/844439.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR