Almaniya sağalanların sayına görə birinci yerdədir - VİDEO

Almaniya sağalanların sayına görə birinci yerdədir - VİDEO
18:12 23 Aprel 2020
391 Dünya
Ölkə mətbuatı
A- A+

Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 210 ölkəsində 2 639 025 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 722 mini keçsə də, ölənlərin sayı 184 minə yaxınlaşır. 

Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayını ötüb.

Belə ki, ölkədə 591 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 14-nün vəziyyəti ağır, 21-nin orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 20 nəfər virus səbəbindən həyatını itirib, 907 nəfər sağalaraq evinə geri dönüb.

ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 717 min aktiv  xəstə var. İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə  yoluxma halı 208 mini keçib. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 25 mindir. 

Qonşu Türkiyədə yoluxma sayı artıq 100 minə yaxınlaşır. İranda koronavirusdan sağalanların sayı aktiv xəstə sayından xeyli çoxdur. Ölkədə 63 min sağalmış, 17 min aktiv xəstə var. Ümumilikdə isə indiyə kimi sağalanların sayına görə Almaniya birinci yerdədir: 103 300. Virusun eyni zamanda yayıldığı digər Avropa ölkələri ilə müqayisədə Almaniyada hazırda xeyli az, 42 min aktiv xəstə var.

Milli.Az qafqazinfo-ya istinadən qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb. 

Milli.Az qafqazinfo-ya istinadən qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı hazırlanan videoçarxı təqdim edir:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/844394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR