Daha bir futbolçu koronavirusdan sağaldı

İtaliyanın “Verona” klubunun futbolçusu Mattia Zakkaqni koronavirusa qalib gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 24 yaşlı yarımmüdafiəçi koronavirusdan sağalıb. Onun testinin cavabı mənfi çıxıb.

Qeyd edək ki, Mattia Zakkaqni mart ayında koronavirusa yoluxmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR