Azərbaycanda bədbəxt hadisə:

Şamaxı rayonunda 1 yaşlı körpə nənəsinin ehtiyatsızlığının qurbanı olub.

Metbuar.az xəbər verir ki, hadisə rayonun Çorhan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abbasov Ayxan Abbas oğlu yaşadığı ikimərtəbəli evin eyvanında nənəsinin qucağından yerə yıxılıb.

Ağır kəllə-beyin xəsarəti alan körpə əvvəlcə rayonun mərkəzi xəstəxanasına, sonra isə vəziyyətinin ağırlaşması səbəbindən Bakının xəstəxanalarının birinə göndərilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.(report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR