Dünyaca məşhur fotoqraf həyatını itirdi

Ötən əsrin 60-ci illərindən etibarən çəkdiyi vəhşi təbiət fotoları ilə dünyada şöhrət qazanan fotoqraf Piter Bird martın 31-də itkin düşmüşdü.

Metbuat.az xəbər verir ki, 82 yaşlı sənətçinin cəsədi meşəlik ərazidən tapılıb. Ölüm səbəbi hələ açıqlanmayan sənətçinin ailəsi ölümündən sonra verdiyi açıqlamada qeyd edib:

"Piter mükəmməl bir ömür sürən qeyri-adi insan idi. Həyatı dolu yaşadı, hər gününün, hər saniyəsinin dadını çıxardı. Yaşadığı yerdə öldü, yəni təbiət qoynunda".

Qeyd edək ki, Piter Bird demensiya xəsətliyindən əziyyət çəkirdi.

Mənbə: bbc.com



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR