Koronavirusda YENİ KƏŞF: Hansı orqandan bədənə daxil olduğu aşkarlandı

Yeni bir araşdırma nəticəsində məlum olub ki, burundakı 2 hüceyrə koronavirusun bədəndəki başlanğıc nöqtəsi olur.

Metbuat.az xəbər verir ki, araşdırma məqaləsi "Nature Medicine" jurnalında yayımlanıb. Araşdırmada qeyd edilib ki, burundakı 2 hüceyrədən koronavirus bədənimizə girmək üçün istifadə edir. Araşdırmanı aparan alimlər koronavirusun yayılmaq üçün istifadə etdiyi "ACE2" və "TMPRSS2" adlı proteinlərin hansıorqanların içinə girdiyini ortaya çıxarmaq üçün ağciyər, burun, göz, bağırsaq, ürək, böyrək və qaraciyər üzərində incələmə aparıblar.

Araşdırmaya Almaniyadan qatılan "Max Delbrück" adlı mərkəz bildirir ki, virus həmçinin göz və bağırsaqdan da yayıla bilir.

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR