.

Müharibəyə səbəb olacaq iddia: ''Çin koronavirusu 2019 - cu ildə ...'' - VİDEO

Dünyada koronavirus epidemiyasının necə yayılması ilə bağlı bir çox iddialar səsləndirilib. Ümumdünya Səhiyyə Təşkilatı, 2 milyon 700 min insanın yoluxmasına səbəb olan bu virusun laboratoriya şəraitində hazırlanıb dünyaya yayılması fikrinə qarşı çıxsa da yeni iddiaların ortaya çıxması davam edir.

Metbuat.az xəbər verir ki, jurnalist Məhməd Əli Önəl ''Bəyaz tv'' də "Nə Var Nə Yox" adlı proqramda bu suallara cavab vermək üçün çox maraqlı əsaslar gətirib.

Onun təqdim etdiyi sübutlarda bir türk həkim ''Twitter'' hesabında hələ 2019 cu ilin 9 - 6 iyul tarixlərində virusun Uhanda yayılmağa başladığına dair məlumat paylaşıb. Xəstəxanaya müraciət edən insanların ağciyərlərdə və ürək əzələlərində infeksiyanın olduğu, ancaq qrip testlərinin mənfi çıxdığı bildirilib.

"Bu yaxınlarda yazdığım Uhanda ki sətəlcəm bənzəri yoluxma hadisəsindən Türkiyədə də mövcuddur. Bu virus İtaliya və Belçikada da var. Dəqiqləşdirmədən danışmaq istəmirəm amma bilinməyən virus infeksiyaları problemlidir.''

Jurnalist Məhməd Əli Önal isə bu iddiaya əsasən deyib ki, ABŞ bu virusun qarşısını məqsədli şəkildə almayıb.

"Niyə bu 6 ay gizlədildi? Məqsədə, çatmaq üçün bir hədəf olmalıdır. Bu təbii bir virus olsaydı, ÜST gedib nəzarətə götürsəydi, dünyaya xəbərdar ediləcəkdi. Səhiyyə Nazirliyi də bu Türk həkimdən məlumat ala bilərdi. Türkiyədəki mütəxəssislər də bunun qarşısını ala bilərdilər. Çünki mən Türkiyənin də Çindən gələn məlumatlara daha məsafəli olması lazım olduğuna inanıram. Dekabr ayından bu yana bunu söyləyirəm. Çünki Çin bütün dünyanı olduğu kimi Türkiyəni də aldatdı. "

Önəlin daha bir iddiası Uhanda laboratoriyada işləyən Zengli Şin adlı həkimin virus yayılmadan öncə qatar stansiyasında əlində bir çanta buz ilə görüntülənməsidir. Həmin fotoşəkildə O, virusu harasa aparır. Ehtimallara görə Şin həmin çantadakı virusu stansiyanın havalandırma borusundan buraxaraq epidemiyanın yayılmasına şərait yaradıb.

"Bu fotoşəkil düzgündürsə, bu ABŞ və Çin arasında, hətta bütün ölkələr və Çin arasında müharibəyə səbəb olacaq. Bu, virusun planlaşdırılması və bütün dünyaya yayılması deməkdir. "

Mənbə:Superhaber.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR