Azərbaycanda 300 nəfərə yaxın tibb işçisi

Azərbaycanda 300 nəfərə yaxın tibb işçisi koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, yoluxan həkimlərin əksəriyyəti başqa yerdə yoluxub. Onların 60-70 faizi sağalıb və artıq işlərini davam etdirirlər. Virusa yoluxan tibb işçiləri arasında ölən və vəziyyəti ağır olan yoxdur.

Nazir müavini bildirib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət hələ də ciddi nəzarətdə saxlanılmalıdır.

Onun sözlərinə görə, ictimai nəqliyyatda da metronun bağlanması düzgün qərar idi: "Çünki bu virus yaxın məsafədən və hava damcıları ilə yoluxurdu. Yəqin ki, karantin qaydaları yumşalandan sonra metronun açılmasına baxılacaq. Vəziyyətdən asılı olaraq təhsil müəssisələrinin açılmasına da baxılacaq".

V.Qasımov vurğulayıb ki, hazırda Azərbaycanda maska problemi yoxdur: "Hazırda ölkədə tibbi ləvazimatlar və qoruyucu vasitə ilə bağlı heç bir problem yoxdur. Bu problem tam aradan qaldırılıb. Artıq yerli istehsal var və kifayət qədər tibbi ləvazimat əldə etmək mümkündür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR