Niderland çempionatı ləğv olundu -

Koronavirus pandemiyasına görə yardımçıq dayandırılan futbol üzrə Niderland çempionatında cari mövsüm rəsmən ləğv olunub.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyası məlumat yayıb.

Qərar əsasən, çempion elan olunmayıb və yüksək liqanı heç bir komanda tərk etməyib. Avrokuboklara vəsiqələrin sahibi isə turnir cədvəlindəki sıralamaya əsasən müəyyənləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR