Azərbaycanın 12 rayonu koronavirusdan tam təmizləndi -

Bəzi regionlar artıq koronavirusdan təmizlənib.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq koronavirusun qeydə alındığı 25 faiz ərazidə risk ocaqları ləğv edilib:

"Bu da ölkənin səhiyyə sisteminin gücündən xəbər verir".

Onun sözlərinə görə, hazırda 12 rayonda xəstəliyə yoluxma halı yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR