Pandemiya zamanı təyyarədə dəhşət:

American Airlines aviaşirkətinə məxsus təyyarə ilə Mayamidən Nyu-Yorka uçan sərnişin uçduğuna az qala peşman olub.Çünki təyyarədə pandemiya zamanı olmasına baxmayaraq turistlərin sıxlığı müşahidə edilrimiş. Bununa yanaşı laynerdə nə termometrlə sərnişinlərin hərarəti ölçülüb,nə də ki maska və əlcəkdən istifadə edilib.

Metbuat.az xəbər verir ki, 42 yaşlı Angie Wong təyyarədə bir-birinə olduqca yaxın oturan sərnişinlərin hətta şəkillərini çəkib.

Anginin sözlərinə görə onun yol yoldaşları nə maska nə də əlcək taxmayıb. Məsələ ilə bağlı stüardesaya şikayət edən qadına başqa təyyarədə uçmaq təklif edilib.

"Stüardessa dedi ki, onlar heç nə edə bilmirlər və mənə yalnız başqa reysdə qeydiyyatdan keçməyi təklif etdi. Hətta pilot utancverici şəraitə görə turistlərdən üzr istədi” - deyə Wonq bildirib.

Amerikalı qadın bildirib ki, pandemiya zamanında belə düşüncəsizliklər yoluxma riski yarada bilər.

"Biz hamımız yeni qaydalara uyğunlaşmağı öyrənirik, amma şirkətllər ictimai təhlükəsizlik haqqında düşünmürlər. Sərnişindaşıma xidmətləri maskaların taxılmasının və sosial məsafəsinin saxlanmasının məcburiliyini nəzərdə tutan müvəqqəti qaydaları tətbiq etməlidirlər”, - deyə Vonq əlavə edib.

Mənbə:NY.TİMES


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR