"Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu hazırkı komandasını vaxtından tez tərk etməyəcək

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu hazırkı komandasını vaxtından tez tərk etməyəcək.

Metbuat.az xəbər verir ki, portuqaliyalı hücumçu müqaviləsinin bitəcəyi 2022-ci ilin yayınadək Turin təmsilçisində çıxış etmək fikrindədir.

Fransa PSJ-sinin onunla maraqlanmasına baxmayaraq, 35 yaşlı futbolçu İtaliyada qalacaq.

Qeyd edək ki, 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a transfer olunan Kriştiani Ronaldu bu mövsüm A Seriyasında meydana çıxdığı 22 oyunda 21 qol vurub, 3 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR