"Apple" şirkəti etiraf etdi: İllərdir milyardlarla məlumat oğurlanmış ola bilər

"İphone" və "İpad" cihazlarında aşkarlanmış bir səhvin xakerlərin illərdir məlumatları oğurlamasına səbəb ola bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "Apple" şirkətindən məlumat verilib. Şirkətin sözcüsü cihazlarda belə bir boşluğun olduğunu etiraf edib. Yarım milyarddan çox "İphone" cihazını xakerlərə qarşı müdafiəsiz buraxmış bu səhvi aradan qaldırmaq üçün şirkət hərəkətə keçib.

"İpad" cihazlarındakı səhvin San-Fransiskodakı "ZecOps" mobil təhlükəsizlik şirkəti tərəfindən 2019-cu ildə bir müştəriyə kiber hücum edildikdən sonra tapıldığı qeyd edilib.

Mənbə: HaberGlobal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR