“Dərs vaxtı”nın 27 aprel cədvəli

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 27-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da Fiziki tərbiyə; 10:15-də VI sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 11:00-da V sinif - Azərbaycan dili, Riyaziyyat, Tarix, Informatika; 11:50-də - Məktəbəhazırlıq; 12:00-da IV sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:20-də III sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 13:05-də II sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 13:40-da I sinif - Azərbaycan dili, Riyaziyyat, İngilis dili dərsləri olacaq.

Rus bölməsi üçün saat 14:10-da - Məktəbəhazırlıq; 14:20-də V sinif - Rus dili, Riyaziyyat, İnformatika; 14:45-də VI sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:25-də XI sinif şagirdlərinə - Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR