Baki Dövlət Universitetinin professoru vəfat edib

Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Xələfov vəfat edib.

Metbuat.az xəbər verir ki, A.Xələfov gecə saatlarında 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abuzər Xələfov 1931-ci ildə Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olub.

A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanıb. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilib, o, bu fakültənin ilk dekanı olub və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərib. 1963-cü ildən Kitabxanaşünaslıq kafedrasının müdiri olub.

Xatırladaq ki, A.Xələfov Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfovun qardaşıdır.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR