Özəl məktəblərdə xidmət təqdim edilmirsə, xidmət haqqı tələb edilə bilməz -

Təhsil naziri Ceyhun Bayramov bəzi özəl məktəblərin tədrisin dayandırıldığı müddət üzrə təhsil haqqının tələb edilməsinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, C.Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə deyib ki, əksər özəl ali məktəblər onlayn dərslərin keçirilməsinə görə hətta 100 faiz əhatəliliyi təmin ediblər:

“Özəl məktəblərdə şagird sayı daha azdır, orada onlayn dərslərin keçirilməsi daha rahatdır. Ancaq özəl məktəblər onlayn formada dərs keçirmisə, valideynlər məsələni qaldırıb onu məktəblərlə həll etməlidirlər. Xidmət təqdim edilmirsə, xidmət haqqı tələb edilə bilməz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR