"Koronavirus bitmə nöqtəsindən çox uzaqdır" - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş katibi Tedros Adhanom Qebrexesus İsveçrənin Cenevrə şəhərində video-konfrans yolu ilə mətbuat konfransı keçirib.

Metbuat.az xəbər verir ki, o, epidemiyanın bitməyinə çox vaxt qaldığını qeyd edib:

"ÜST epidemiyanın səhiyyə xidmətləri və xüsusən uşaqlar üzərindəki təsirindən narahatdır. Uşaqlar koronavirusun səbəb olduğu şiddətli xəstəlik və ölümlərdə az risk altındadılar, amma, peyvənd ilə qarşısı alına bilən digər xəstəliklərdə yüksək risk qrupuna daxildilər".

Epidemiyanın bitmə nöqtəsindən çox uzaq olduğunu deyən Baş katib Afrika, Şərqi Avropa və Latın Amerikadakı yoluxma sayılarının artmasından narahat olduqlarını deyib.

Mənbə: Ntv.com.tr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR