Çinli mühəndis uçan motosiklet icad etdi: 1560-cı cəhdində uğurlu oldu

Çinin Hunan bölgəsində yaşayan mühəndis Zhao Deli uçan motosiklet hazırlayıb. Bunun üçün 2 il boyunca çalışan mühəndis 1560-cı cəhdində uğurlu olub.

Metbuat.az xəbər verir ki, uğurlu bitən sınağın ardından yerə enən Deli 1560-cı cəhdindən sonra xəyalının gerçəkləşdiyini bildirib. O, bu layihəni həyata keçirə bilmək üçün evi satmaq məcburiyyətində qaldığını deyib.

Çinli mühəndisin hazırladığı motosiklet 8 pərdən ibarətdir və 50-100 kiloqram yük qaldıra bilir. Maksimum sürəti isə saatda 44 kilometrdir.

Mənbə: Sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR