Azərbaycanda 9-11-ci siniflərdə tədrisin bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi 9-cu və 11-ci siniflərdə tədrisinin daha erkən bərpası barədə yayılan məlumatlara münasibət bildirib.

Metbuat.az "oxu.az"-a istinadən xəbər verir ki, Təhsil nazirinin müşaviri Elnur Məmmədov məsələ barədə danışarkən bildirib ki, doqquzuncu və 11-ci siniflərdə tədrisin daha erkən bərpa olunması onların buraxılış sinifləri olması ilə əlaqəlidir:

"Bəzi ölkələr də bu təcrübəni tətbiq edir. Bəzi ölkələrdə ilk olaraq ibtidai siniflərin dərsləri başlayır. Bu da o yaşda orada yoluxmanın az olması ilə əlaqədardır. Doqquzuncu və 11-ci siniflərdə tədrisin erkən bərpa olunması isə onların buraxılış sinifləri olması ilə əlaqədardır. Onları qarşıda buraxılış və qəbul imtahanları gözləyir".

"Bizdə də nəzəri olaraq bu qərar verilə bilər. Digər ölkələrdə ümumtəhsil səviyyələri üzrə belə bölgülər var. Ən əsası, gigiyenik təhlükəsizliyi təmin edə bilməkdir", - deyə müşavir qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR