Fransa çempionatında cari mövsüm ləğv olundu

Koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan futbol üzrə Fransa çempionatı dayandırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Fransanın Baş naziri Eduar Filipp bildirib.

Onun sözlərinə görə, ölkədə sentyabr ayına qədər bütün idman yarışları təxirə salındığından bu cür addım atılıb. Qərar Liqa 1-lə yanaşı, Liqa 2-yə də aiddir.

Fransa Futbol Federasiyası bu yaxınlarda iclas keçirəcək və orada avrokuboklara yollanacaq komandalar müəyyənləşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR