Müəllimlərin DİQQƏTİNƏ:

Mayın 4-dən etibarən respublikanın ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə onlayn müsahibələr keçiriləcək.

Metbuat.az-a verilən məlumata görə, onlayn müsahibələrdə iştirak etmək üçün aprelin 29-dan namizədlərin şəxsi səhifələrinə məlumat yerləşdiriləcək.

Namizədlər təlimatla tanış olaraq 1 may saat 24:00-dək müsahibədə iştiraklarını təsdiq etməlidirlər. Müsahibədə iştirakı təsdiq etmək üçün şəxsi səhifəyə əlavə edilmiş hissəyə elektron ünvan daxil edilməlidir. Məhz həmin elektron ünvana göndərilmiş keçid linki vasitəsilə namizəd videozəngə qoşulacaq. Bundan sonra hər bir namizədin şəxsi səhifəsinə müsahibənin keçirilmə tarixi barədə məlumat göndəriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR