"Kayserispor" klubunda çıxış edən Hasan Hüseyin Acar Azərbaycan millisinin təklifini qəbul etməyib

Türkiyənin "Kayserispor" klubunda çıxış edən Hasan Hüseyin Acar Azərbaycan millisinin təklifini qəbul etməyib.

Metbuat.az report-a istinadən xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi DHA-ya açıqlamasında bildirib.

O, hər futbolçu kimi milli komandada çıxış etməyi hədəflədiyini vurğulayıb: "Bu mövsüm Azərbaycan millisindən təklif aldım, amma mən Türkiyə yığmasında oynamaq istəyirəm. Bu, hər bir gənc türk oyunçular kimi mənim də hədəfimdir. Ona görə də Azərbaycandan gələn təklifi geri çevirdim. Türkiyə yığmasına yaxınlaşdığımı düşünürəm. Bu çıxışımı davam etdirə bilsəm, milliyə çağırılacağımı gözləyirəm".

Qeyd edək ki, Hasan Hüseyin Acar 2018-ci ilin yayından "Kayserispor"da çıxış edir. O, daha öncə açıqlamasında Azərbaycan millisində oynamağa müsbət yanaşdığını deyib. AFFA əvvələr də Azərbaycan əsilli türkiyəli futbolçuları milliləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR