İyunun 1-dən restoran və ticarət mərkəzləri açılır? -

Xəbər verdiyimiz kimi bu gündən başlayaraq bəzi müəssisələrin fəaliyyətinə icazə verilib. Sosial şəbəkələrdə növbəti yumşaldılmada restaoran və ticarət mərkəzlərinin açılacağı ilə bağlı məlumatlar paylaşılır. İyunun 1-də restoranlar və ticarət mərkəzləri açıla bilərmi?

Metbuat.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, koronavirusla bağlı ölkədəki vəziyyəti Operativ Qərargah təhlil edir və vəziyyətə uyğun yumşaldıcı tədbirlərlə bağlı qərarlar qəbul edir:

"Ayın 27-dən bir çox sahələrdə fəaliyyətlərin bərpasına icazə verilib və düşünürəm ki, bu, düzgün qərardır. Bir çox sahələrdə iqtisadi fəallıq bərpa olunacaq. İyunun 1-də pandemiya ilə bağlı vəziyyət hansı səviyyədə olacağını heç kim deyə bilməz. Ona görə də iyunun 1-dən restoran və iri ticarət mərkəzlərinin açılması ilə bağlı hər hansı bir fikir səsləndirmək düzgün deyil. Təbii ki, tendensiya mövcud şəkildə davam edərsə, yəni sağalanların sayı yeni yoluxmaları üstələnməsini davam edərsə, karantinlə bağlı yeni yumşaldıcı addımlar atıla bilər. O cümlədən restoran və ticarət mərkəzlərinin iş fəaliyyətləri bərpa oluna bilər. Hər şey insanlardan asıllıdır. Fəaliyyətləri bərpa olunan sahələrdə və ictimai yerlərdə gigiyenik tələblərə əməl olunaraq sosial məsafə prinsipinə riayət olunarsa, təbii ki, biz pandemiya üzərində tam qələbə əldə edə bilərik".

Deputat Nəsib Məhəməliyev vurğulayıb ki, restoranların,ticarət mərkəzlərinin və digər ictimai iaşə müəssisələrinin açılması ilə bağlı indidən dəqiq fikir söyləmək doğru olmaz:

"Bu bilavasitə koronovirusun yayılma dinamikasından asılıdır. Əgər o vaxta qədər pandemiyanın fəsadları əsasən aradan qaldırılsa, bu addımı atmaq olar. Ancaq düşünürəm ki, post-pandemiya dövrü üçün hər bir kütləvi xidmət obyekti, bir növ daxili davranış qaydalarını özündə əks etdirən təlimat hazırlamalıdır. Təkcə koronovirusla bağlı yox, istənilən digər infeksion xəstəliklərin yayılmasının qarşısını almaq üçün müştərilər və xidmət personalı arasında sosial məsafə qoyulmalıdır ki, xəstəliklərin yayılma ehtimalı aşağı olsun. Servis zamanı şəxsi ünsiyətlərdən daha çox, elektron cihazlar vasitəsilə sifariş qəbuluna üstünlük verilməsi doğru olardı. Təbiidir ki, karantin rejiminin yaratdığı məhdudiyyətlərdən sonra insanlar tezliklə normal həyata qayıtmaq istəyirlər. Ancaq bir az da səbr etmək, koronovirusun qarşısını tam almaq lazımdır ki, təkrar yoluxmalar baş verməsin. Ümid edirəm ki, biz birlikdə millət olaraq, may ayı ərzində pandemiyaya qalib gələcəyik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR