DTX-nin saxladığı icra başçısı Mahir Quliyev kimdir? - DOSYE

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi təyinatlı dəstələri Biləsuvar rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir. Artıq icra başçısı Mahir Quliyev və bir neçə müavininin saxlanılaraq Bakıya gətirildiyi qeyd olunub.

Mahir Quliyev kimdir? Metbuat.az Biləsuvar rayonunun İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin dosyesini təqdim edir:

Mahir Hacı oğlu Quliyev 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur.Ali təhsillidir. "Naxçıvan" universitetini bitirmişdir. 1977-1979-cu illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub.

Əmək fəaliyyətinə 1975-1977-ci illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə olaraq başlamışdır.Hərbi xidmətdən qayıtdıqdan sonra 1980-1981-ci illərdə "Azərnəqliyyat" tikinti trestində usta, 1981-2005-ci illərdə isə o zamankı "26 Bakı Komissarı" adına rayonun İctimai iaşə idarəsi nəzdində müxtəlif vəzifələrdə çalışmışdır.

2005-ci ildə keçirilən bələdiyyə seçkilərində Səbail bələdiyyəsinin üzvü seçilmiş və 08.09. 2006-cı il tarixədək bələdiyyə sədrinin müavini postunu tutmuşdur.

08.09.2006 - 26.04.2011-ci illərdə Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır.

26 aprel 2011-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR