BŞH: "Hələ ki, tarixlə bağlı qərar verilməyib"

.

"Formula 1"in təqvimi rəsmən məlumat deyil. Hələ "Formula 1" yeni təqvimi təqdim etməyib".

Metbuat.az xəbər verir ki, bu fikirləri report-a açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva Almaniyanın "Bild" nəşrinin "Formula 1"in mümkün təqvimini dərc etməsinə münasibət bildirərkən deyib.

O, bildirib ki, rəsmi mənbə "Formula 1" və ya BŞH ola bilər: "Hələ ki, tarixlə bağlı qərar verilməyib. Azərbaycan Qran-prisinin yeni tarixi bəlli deyil. Biz ictimaiyyətə məlumat vermişik ki, Azərbaycanda karantin olmayanda və yarışın keçirilməsi üçün hər cür lazımi şəraitin mövcudluğu təqdirində, yarışı keçirə və artıq yeni tarixi elan edə bilərik. Hələ ki, belə bir şərait yoxdur. Ona görə də biz yarışın keçiriləcəyi tarixi deyə bilmərik".

Qeyd edək ki, Almaniyanın "Bild" nəşri Azərbaycan Qran-prisinin sentyabrın 6-da baş tutacağını yazıb. "Formula 1"də 2020 mövsümünün başlaması koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, MonakoFransa mərhələləri isə ləğv olunub. Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR