Məşhur hind aktyoru 53 yaşında vəfat etdi

"Milyoner", "Pinin həyatı" və "Jurassic World" filmləri ilə tanınan hind aktyoru İrfan Xan 53 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, Hindistanın qərbindəki Mumbay əyalətindəki bir xəstəxanada olduğu bildirilən məşhur aktyor 2018-ci ildən bəri nadir görülən bir xəstəlikdən əziyyət çəkirdir. O, bir müddət əvvəl Londonda əməliyyat olunmuşdu.

Aktyorun ölüm xəbəri sosial şəbəkələrdə dünyanın müxtəlif yerlərindən insanların hüzn mesajlarını çatdırmasına səbəb olub.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR