Bıçaqla hədələyib 35 manatını aldı

Quldurluqda şübhəli bilinən Şirvan şəhər sakini M.Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də paytaxt sakini İ.Xankişiyevi bıçaqla hədələyib 35 manatını quldurluq yolu ilə almaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mirzəyev saxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR