Rusiyada səhiyyə naziri koronavirusa yoluxdu

Rusiyanın Tula vilayətinin səhiyyə naziri Aleksey Erkdə COVID-19 aşkarlanıb.

Metbuat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Tula vilayətinin hökuməti açıqlayıb.

Məlumata görə, nazirin vəziyyəti yaxşı olduğuna görə işini davam etdirəcək.

Xatırladaq ki, Rusiyada koronavirusa yoluxma faktlarının sayı 100 000-ə yaxınlaşıb. Ölkədə 972 nəfər pandemiyanın qurbanı olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR