​142 - Çağrı Mərkəzi bu ay 165 min müraciəti cavablandırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Təkcə aprel ayında 142 - Çağrı Mərkəzi tərəfindən vətəndaşların 165 mindən çox müraciəti cavablandırılıb. Müraciətlər sosial dəstək tədbirləri, həmçinin əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial reabilitasiya və s. məsələlərlə bağlı olub.

Zənglər saat 9:00-dan 24:00-a kimi 100 operator tərəfindən cavablandırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR