Oyuncağın fitini udan azyaşlı fit səsi çıxarmağa başlayıb -

Hadisə Çinin Sian şəhərində meydana gəlib.

Metbuat.az xəbər verr ki, azyaşlı qız uşağı oyuncağın fitini udub. Valideynləri onu xəstəxanaya aparıblar. Həkim uşaqdan nəfəs almasını istədikdə isə o fit səsi çıxarmağa başlayıb. Məlum olub ki, fit uşağın traxeyasına düşüb.

9 saat davam edən əməliiyyatdan sonra fiti uşağın bədənindən çıxarmaq mümkün olub.


Mənbə: Daily Star


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR