Ekspert:

"Hamını evə qapatmaq çıxış yolu deyil. Dövlətin yardımları insanların problemləri müqabilində kiçikdir".

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb. O, qeyd edib ki, vəziyyətin ciddiliyi anlaşılandır. Amma maska taxmaq, sosial məsafə gözləmək tələblərini sərtləşdirməklə, kütləvi yığışma qadağasını davam etdirməklə iş yerlərinin mümkün qədər bərpası olmalıdır:

"Xüsusilə hazırda qadağan olunan iş yerləri sırasına daxil edilmiş fərdi, insanlarla kütləvi ünsiyyət tələb etməyən işgüzar xidmət və fəaliyyətləri mütləq bərpa etmək lazımdır. Bəlkə virus qısa fasilələrlə 1 il davam edəcək - deyə bimirik. Artıq Türkiyədə, Avropada çağırışlar budur ki, zəruri qayda və standartlara əməl etməklə bu virusla birgə yaşaya-yaşaya onu yenməliyik. Unutmaq olmaz ki, karantinin daha 15 gün və ya 1 ay uzadılması çox ağır stres, psixoloji sarsıntı, fəsadlara da səbəb olur. Bir də insanların bəlli bir məsafədə yaşadığı ünvanın çox yaxınlığında (məsələn, 500 metr- 1 km trayektoriyada) hərəkətinə SMS-siz icazə barədə düşünmək lazımdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR