Koronavirusda dəhşətli həqiqət üzə çıxdı: Testi neqativ çıxsa da, həmin gün öldü

Koronavirusda bir ilk yaşanıb. Bu dəfə koronavirus birbaşa öldürməsə də, dolayı yolla buna səbəb olub.

Metbuat.az xəbər verir ki, Türkiyənin İzmir şəhərində 2 uşaq anası Fatma Yılmaz adlı qadına koronavirus diaqnozu qoyulub. Koronavirus simptomları görülən qadının "9 Eylül" Universitetində keçirilən koronavirus testi pozitiv çıxıb.

Müalicəyə başladıqdan bir neçə gün sonra qadının vəziyyəti ağırlaşıb. 1 həftə sonra isə vəziyyəti yaxşılaşan qadın yenidən testdən keçirilib və bu dəfə onda koronavirus aşkarlanmayıb. Lakin qadın elə həmin gün həyatını itirib.

Onun ölüm səbəbi kimi koronavirus nəticəsində ağciyərlərin iflas etməsi ilə ürəyinin dayandığı göstərilib.

Mənbə: haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR