Gənc futbolçu çərpələng uçurarkən cərəyan vurmasından ölüb

Braziliyanın "İndependente" klubunda oynayan 21 yaşlı futbolçu Kaio Felipe Santos çərpələng uçurarkən cərəyan vurmasından həyatını itirib.

Metbuat.az xəbər verir ki, hadisə elə San Paulo şəhərində meydana gəlib. Çərpələng cərəyan naqillərinə ilişib və nəticədə futbolçunu cərəyan vurub.

Qeyd edək ki, futbolçu bu mövsüm 22 oyunda 6 qola imza atmışdı. Onun ölüm xəbəri ilə bağlı azərkeşlər sosial şəbəkələrdə çox saylı tvitlər yazıblar.

Mənbə: sondakika.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR