​Ötən il dövriyyәdә olan әskinaslar vә sikkәlәrin məbləği

Ötən il dövriyyәdә olan әskinaslar vә sikkәlәrin məbləği ilk dəfə olaraq devalvasiyadan əvvəlki səviyyəyə yaxınlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Samir Əliyev məlumat verib.

''Mərkəzi Bankın məlumatına görə, əskinaslar və sikklərin dəyəri 2019-cu ildə 10,4 milyard manat olub. 2014-cü ildə bu göstərici 10,8 milyard manat olub. Devalvasiya ili (2015) pulun nominal ifadədə dəyəri birdən-birə 5,4 milyard manata düşmüşdü. Həmin dövrdə Mərkəzi Bank yükək inflyasiya və valyuta bazarına təzyiqi azaltmaq üçün monetar daralmaya gedərək pul kütləsini sıxmağa başladı. Sonrakı illərdə tədricən artım siyasəti yürüdüb və ən nəhayət ötən il devalvasiyadan əvvəlki səviyyəyə çatdırıb.''

Aşağıdakı qrafikdə tendensiyanı görmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR