Burun əməliyyatı etdirərkən bunlara diqqət edin - Plastik cərrah Sənan Mehdiyev AÇIQLADI / FOTOLAR

Bir çox insanlar burun əməliyyatı üçün peşəkar və təcrübəli həkim axtarışında çətinlik çəkir.

Metbuat.az burun əməliyyatı - rinoplastika sahəsində böyük təcrübəyə malik olan cərrah Sənan Mehdiyevlə müsahibəni təqdim edir:

Son zamanlar pasientləri maraqlandıran və tez-tez verdikləri suallardan biri də qapalı və ya açıq üsul?

- Bildiyimiz kimi rinoplastika qapalı və ya açıq üsulla icra olunur. Ümumiyyətlə qeyd etmək istərdim ki, burunun estetik əməliyyatlarında bütün dünyada tendensiya qapalı əməliyyatlara doğru gedir. Çünki qapalı əməliyyat buruna daha az travma verməklə icra olunur. Bildiyimiz kimi travma çox olduqda gələcəkdə fəsadların törənmə ehtimalı da artır.

-Siz daha çox hansı üsuldan istifadə edirsiniz?

- Öz təcrübəmizə gəldikdə isə 15 ildən artıqdırki rinoplastika ilə məşğul oluruq, həm qapalı, həm də açıq rinoplatika əməliyyatları icra edirik. Üstünlüyü qapalı rinoplastikaya veririk(80% hallarda).

- Qapalı və açıq burun əməliyyatının fərqi nədir.Hansı üstünlükləri var?

- Qapalı və acıq rinoplastikanın bir çox fərqləri var. Qısaca olaraq bunları 2 yerə bölmək olar: zahirən və daxilən olan fərqlər. Zahirən olan fərqlər adından da göründüyü kimi qapalı üsulda burunun xaricində heç bir kəsik və çapıq izlərinin olmamasıdır . Daxildə olan fərqlərə gəldikdə isə bunlar daha çoxdur.

İlk olaraq bunu qeyd edək ki, qapalı rinoplastika zamanı burunu qidalandıran damarlar və sinirlər demək olar ki zədələnmir və bu da sonrakı dönəmdə şişkinliklərin, göyərtilərin, ağrıların və s-nin daha az olmasına səbəb olur. Bundan əlavə olaraq burunun dərisi ilə sümük-qığırdaq arasında xüsusi əzələ və bağlar yerləşirki hansıki bunlarda burunun formalaşmasında böyük rol oynayır. Qapalı üsulda bu bağ və əzələlərin tamlığı pozulmur. Pozulmadığına görə də burunun təbiiliyi daha da çox qorunmuş olur. Açıq üsulda isə bunlar kəsilir və əməliyyatın sonunda yenidən tikişlərlə bərpa edilir.

Amma qapalı üsulda bu bağlar və əzələlərin tamlığı pozulmadığına görə bütün əməliyyatın gedişatı boyu burunun formasını kontrolda saxlamaq daha rahat olur. Bu da cərraha üzə uyğun bir burun düzəltməyə geniş imkanlar yaradır. Amma bu sadaladıqlarımıza baxmayaraq açıq üsulla da əməliyyatlar sıx-sıx icra edirik.

Çünki bir çox burun tipləri var ki, bu zaman açıq üsulla icra olunması daha məqsədəuyğundur. Məsələn, aziat tipli, boxsi burunlar, bəzi təkrari əməliyyatlar və s. Son nəticə olaraq onu dəmək olar ki, hər 2 üsulun öz üstünlükləri var. Amma məntiqli olar ki gözəl nəticəyə daha az travma verməklə nail olunsun. İnsanlar arasında belə bir fikir də varki qapalı üsulla burunu yetərincə incəltmək və kiçiltmək mümkün deyil. Amma bu yanlış fikirdir. Müasir qapalı rinoplastikanın imkanları daha genişdir. Aşağıdakı fotolarda burunun qapalı usulla necə dəyişdiyinin şahidi ola bilərsiniz.

Plastik cərrah Sənan Mehdiyevlə əlaqə vasitələri:

İnstaqram hesabı: dr_sanan_mehdiyev

Mobil telefon: (+99450) 333 33 65 (whatsapp)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR