Üç ağ zəhərdən biri olan duz:

Bəşəriyyətə təqdim olunan ən böyük nemətlərdən biri sağlamlıqdır. Sağlamlığı pozulmuş insan həyatda heç bir şeydən ləzzət ala bilməz.Bəs sağlamlığımızı necə qorumalıyıq?

Biz nəyi yeyib, nəyi yeməməliyik? Alternativ bir yol varmı?

Metbuat.az xəbər verir ki, bu yolda qarşımıza sağlam və sağlam olmayan qidalar çıxar. Onlardan üçü un, duz, şəkər bu günümüzdə ən zərərli və istifadəsi məsləhət görülməyən qidalardır. Hətta inkişaf etməkdə olan ölkələrdə belə bu üç zəhər yüksək qan təzyiqinin əsas faktor olduğu ürək-damar xəstəlikləri insan ölümünün əsas səbəblərindən biridir. Duzdan çox istifadə qan təzyiqinin yüksəlməsinə, insult və ürək xəstəliklərinə səbəb olur.

Bəs duz insanlara nə üçün lazımdır? Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü, Qida Texnoloqu Ağa Salamov Metbuat.az-a müsahibəsində dedi ki, duzdan bir dəfəlik imtina etmək də düzgün deyil.

''Bəzən insanlar duzun heç bir faydası olmadığını sitat gətirərək onu qida rasionundan çıxarırlar ki buda doğru bildiyimiz yalnışlıqlardan biridir və orqanizm üçün də zərərlidir.Duz orqanizmdə olan bütün mayelərin:qan,limfa,hüceyrəarası maye,tər, göz yaşı,hətta öd mayesinin tərkibinə daxildir.Duzun tərkibindəki və orqanizmin özünün sintez edə bilmədiyi natrium olmasaydı, hüceyrələr,qida maddələri və oksigen ilə təmin oluna bilməzdi eyni zamanda sinir impulslarını ötürmək imkanı da sıfıra enərdi. Əzələlər və ürək əzələləri işləməzdi.

Duza olan tələbat niyə artır?

" Duz müxtəlif fizioloji proseslərdə daim sərf olunur. Ona görədə duz itkisinin yerini doldurmaq həyatı zərurətdir. İsti iqlim şəraitində yaşayan,fiziki əməklə və idmanla məşğul olan adam tər vasitəsilə böyük miqdarda duz itirdiyinə görə duza olan tələbat da artır.Tarixə nəzər saldıqda , keçmişdə qulların yeməyinə çox duz qatıldığının da şahidi oluruq.Misir piramidalarını inşa edən qulların yeməyini bol duzlu edərdilər.''

Hansı duz faydalıdır?

1.Dəniz duzu - Okean, dəniz və göl sularından əldə edilir. Həmin sular buxarlaşdırıldıqda geridə dəniz duzu qalır. Kimyəvi proseduralara məruz qalmır. Dəniz duzu 93 müxtəlif mineral ehtiva edir.

2.Qaya duzu - Qaya duzu da yerin altından çıxarılır. Ancaq süfrə duzundan fərqli olaraq 84 növ mineral ehtiva edir. Təmiz və saf duzdur. Sağlamlıq üçün faydalı duzlardan biridir.

3.Himalay duzu - Kristal halında tapılır və Himalay dünyadakı ən zəngin kristal duz yatağı hesab edilir. Təbiətdəki ən saf duz buradan əldə edilir. Bu duzun tərkibində 84 növdə mineral var.

4. Naxçıvan duzu (xörək duzu) Naxçıvan duzu yalnız ölkəmizdə deyil, dünyada ən yaxşı duz hesab edilir.Naxçıvan yataqlarından çıxarılan duzun tərkibində natrium xlorid 93-95 %, həll olmayan quru qalıq isə 5% təşkil edir.

Ağa Salamov bildirdi ki, gündəlik duz tələbatı iqlimdən və insanın sağlamlığından asılıdır. Sağlam insanın gündəlik duz tələbatı 5-6 qramdır.

''Onuda nəzərə almaq lazımdır ki, yediyimiz bəzi qidaların da tərkibində duz var ( çörək, konservləşdirilmiş məhsullar,duzlu balıq, və.s) və bu zaman duzu azaltmaq məsləhətdir. Qan təzyiqi,mədə xorası, ürək qan damar sistemində problemləri olan xəstələr isə mütləq şəkildə həkimləri ilə məsləhətləşmələr apardıqdan sonra duzdan az miqdarda istifadə edə bilərlər.''

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR