Karantin qaydalarını pozan sürücülər inzibati məsuliyyətə cəlb edildi

Karantin rejimi qaydalarını pozan daha 694 sürücü saxlanılıb.

Metbuat.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 01.05.2020-ci il saat 00:00-dan 02.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 694 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 45 445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR