Ekspres xətlərə yeni avtobuslar buraxılacaq

Mayın 4-də dövlət qurumlarının eləcə də bir sıra iş və xidmət sahələrinin fəaliyyətinin bərpa olunması ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişindaşımada sıxlığın qarşısını almaq üçün əlavə tədbirlər görüb.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, həmin gündən etibarən ictimai nəqliyyat istifadəçilərinin sayında da artım gözlənilir:

"Ümumilikdə bildirim ki, BNA tərəfindən bütün mümkün hallarda sərnişindaşımaların təşkili üçün əvvəlcədən hazır fəaliyyət planları var. Dəqiq hesablamalar əsasında hazırlanan bu planların icrası bizə bütün mərhələlərdə sərnişin sayı ilə bağlı ehtimallarımızın doğru olduğunu göstərdi.

Onu da qeyd edim ki, artıq bir neçə gündür ki, gündəlik daşınan sərnişin sayı 800 mindən artıqdır. Məhz əvvəlcədən hazırlanan planların icrası bizə imkan verir ki, artan dinamikanı düzgün idarə edək. Həftənin bazar ertəsi günü sərnişindaşımada artan tələbatın ödənilməsi xüsusən də səhər və axşam saatlarında sərnişin axınının idarə olunması məqsədilə də qabaqlayıcı tədbirlər həyata keçirilir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR