Bakıda 300-dək küçə və prospekt dezinfeksiya edildi

Bu gün səhər saatlarından başlayaraq Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həm şəhərin mərkəzi hissəsindəki küçə və prospektlərdə, həm də paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Metbuat.az-a verilən məlumata görə, bu işlərə şəhər strukturlarının 37 ədəd, Daxili İşlər Nazirliyinin 15 ədəd xüsusi təyinatlı texnikası və kommunal təsərrüfat xidmətlərinin 2 min nəfərdən çox əməkdaşı cəlb olunub.

Gün ərzində paytaxtda və ətraf qəsəbələrdəki 300-dək küçə və prospektdə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR