Ramazan ayının 10-cu gününün imsak və iftar vaxtları

Sabah Ramazan ayının 10-cu günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 4-də imsak vaxtı saat 03:55-də, iftar vaxtı isə 19:54-dədir.

10-cu günün imsak vaxtının duasını təqdim edirik:

Duanın oxunuşu: “Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

Tərcüməsi: “İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

İftar duası:

Duanın oxunuşu: “Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR