FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı -

Bakı şəhəri, Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə baş vermiş yanğın söndürülüb.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, hazırda kiçik tüstülənmə mənbələrinin söndürülməsi məqsədi ilə konstruktiv elementlərin söküntüsü işləri aparılır.

Əlavə məlumat veriləcək.

***

22:05

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR