SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

Azərbaycanın qərb və şimal-qərb bölgəsində zəlzələ olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, , yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib.

Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da hiss olunub.

Dağıntı və tələfat haqda məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR