Azərbaycanda qəza: Ölən var -

İmişlidə yol qəzası baş verib.

Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İmişli rayonunda “KamAZ” və "QAZel" markalı iki yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "ГАЗел" markalı yük avtomobilinin sürücü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR