Bu ölkədə son sutkada virusa yoluxan olmadı

Daha bir ölkədə yeni növ koronavirusa yoluxma halları sıfıra enib.

Metbuat.az xəbər verir ki, Yeni Zellandiyada ay yarım sonra ilk dəfə son sutka ərzində koronavirusa yoluxma faktı aşkar edilməyib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edək ki, Yeni Zellandiyada koronavirusa 1487 nəfər yoluxub, 20 nəfər isəhəyatını itirib. Yeni Zellandiyadan öncə virusun yarandığı Çində də yoluxma faktları sıfıra enmişdi.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR